Gürcüstan prezidenti yeni il ərəfəsində üç qadın məhkumu əfv etdi
Gürcüstan prezidenti yeni il ərəfəsində üç qadın məhkumu əfv etdi

Gürcüstan prezidenti, Salome Zurabişvili yeni il ərəfəsində üç qadın məhkumu əfv etdi.

Prezident məhkumların əfv edilməsi barəsində sərəncama bu gün imza atdı.

Gürcüstan prezidenti tərəfindən əfv olunan qadınlardan biri hamilə, ikincisi azyaşlı uşaq anası, üçüncüsü isə, üç uşaq anasıdır.

Hər üç qadın penitensial müəssisəni bu gün tərk eədəcək.