Gürcüstan prezidenti parlamentdə illik hesabat təqdim edəcək
Gürcüstan prezidenti parlamentdə illik hesabat təqdim edəcək

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bugün parlamentin plenar iclasında illik hesabat təqdim edəcək.

Giorgi Marqvelaşvilinin parlamentdəki çıxışı debatlar formatında keçiriləcək.

Prosedur məsələləri üzrə komitənin sədri  Giorgi Kaxianinin bəyanatına görə, siyasi debatlar formatı hər bir deputata prezidentin çıxışı ilə bağlı öz fikrini bildirmək imkanını verəcək.

Deputatın dediyinə görə, prezidentin çıxışından sonra, reqlament iki formatı nəzərdə tutur – fraksiya sədrlərinin çıxışını və siyasi debatları.

Kaxianinin dediyinə görə, siyasi debatlar zamanı parlament əksəriyyəti və parlament azlığı ilə debatlar üçün 45-45 dəqiqə ayrılacaq. Fraksiyalar üçün 15-15 dəqiqə, müstəqil deputatlar üçün isə, – 5 dəqiqə.

Parlamentdə Giorgi Marqvelaşvilinin çıxışı zamanı baş nazir və iqtidar nümayəndələri iştirak edəcəklər.