Gürcüstan Prezidenti Azərbaycanı Müstəqillik günü münasibəti ilə təbrik edir
Gürcüstan Prezidenti Azərbaycanı Müstəqillik günü münasibəti ilə təbrik edir

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanı Müstəqillik günü münasibəti ilə təbrik edir.

“May ayı  Qafqaz regionu ölkələri üçün çox vacib bir aydır və bugün Müstəqillik gününü Gürcüstanın dost və qardaş ölkəsi olan – Azərbaycan qeyd edir. Bizim üçün qardaş millət olan – Azərbaycan millətini bu əhəmiyyətli gün münasibəti ilə, Respublika Müstəqilliyi günü münasibəti ilə təbrik edirəm” – prezidentin təbrik məktubunu bugün keçirilən brifinqdə onun mətbuat katibi Xatia Moistrapişvili oxudu.