Gürcüstan Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası günü ilə bağlı, İkinci İliya ibadət dua mərasimini keçirəcək
Gürcüstan Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası günü ilə bağlı, İkinci İliya ibadət dua mərasimini keçirəcək

25 mart Gürcüstan Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası günüdür. Bu gün ilə bağlı, Bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci İliya ibadət dua mərasimini keçirəcək.

Gürcü kilsəsi avtokefaliyanı Antakya kilsəsindən 457-ci ildə aldı. Rusiya İmperiyası isə, Gürcüstan Pravoslav Kilsəsinin avtokefaliyasını 1811-ci ildə ləğv etdi.

Gürcü kilsəsi avtokefaliyanı 1917-ci ilin martın 25-də bərpa etdi. Onun müstəqilliyini bütün kilsələr tanıdılar. Lakin bu yazılı şəkildə təsdiq olunmamışdı. İkinci İliyanın vasitəsi ilə isə, Dünya Patriarxlığı Gürcüstanın avtokefaliyasını rəsmi olaraq 1990-cı ildə tanıdı.