Gürcüstan parlamentinin sədri NATO-nun baş qərargahında görüşlər keçirəcək
Gürcüstan parlamentinin sədri NATO-nun baş qərargahında görüşlər keçirəcək

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili yanvarın 26-na keçirilməsi planlaşdırılan NATO-Gürcüstan Komissiyasının (NGC) iclasında iştirak etmək üçün Brüsselə, NATO-nun Baş Qərargahına səfər edib. Məlumatı parlamentin mətbuat xidməti yayır.

Nümayəndə heyətinə həmçinin Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Beraia, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və xarici işlər nazirinin birinci müavini Laşa Darsalia daxildir.