Gürcüstan Parlamenti yaz sessiyasını sabah plenar iclası ilə açacaq
Gürcüstan Parlamenti yaz sessiyasını sabah plenar iclası ilə açacaq

Gürcüstan Parlamenti yaz sessiyasını sabah, fevralın 4-də plenar iclası ilə açacaq.

Parlamentin reqlamentinə müvafiq olaraq, yaz sessiyası fevralın ilk çərşənbə axşamı açılır.

Yaz sessiyası çərçivəsində, deputatlar bir neçə kadr dəyişiklikləri, o cümlədə Baş Prokuror və Ali Məhkəmə sədrinin seçilməsi qərarını qəbul etməli olacaqlar.

Yaz sessiyasında deputatlar bir neçə illik hesabatı, o cümlədən prezidentin, baş nazirin, Xalq Müdafiəçisinin, Audit Xidmətinin, Milli Bankın və Baş Prokurorun hesabatını müzakirə edəcəklər.

Parlamentin reqlamentinə müvafiq olaraq, yaz sessiyası iyunun son cümə günü bağlanacaq.

Qanunvericilik orqanı payız sessiyası çərçivəsində fəaliyyətini rəsmi olaraq keçən ilin dekabrın 20-də başa çatdırdı.