Gürcüstan Parlamenti hökumətə etimadın elan edilməsi barəsində gələn həftə müzakirə aparacaq
Gürcüstan Parlamenti hökumətə etimadın elan edilməsi barəsində gələn həftə müzakirə aparacaq

Gürcüstan Parlamenti hökumətə etimadın elan edilməsi barəsində gələn həftə müzakirə aparacaq.

Parlamentin Prosedur məsələləri üzrə Komitəsinin sədri, İrakli Kadaqişvilinin jurnalistlərə bəyan etdiyinə görə, cari həftədə, hökumətin tərkibi barəsində qanunvericilik orqanına müraciət olacaq və sonra Parlament dinləmələrə başlayacaq.

“Güman ki, gələn həftə hökumət komandasının komplektləşdirilməsi olacaq. Komandanın tərkibinə gəldikdə, məsləhətləşmələr və fikir mübadiləsi aparılacaq”, – Kadaqişvili bəyan etdi.

Hökumət hazırda vəzifələri yerinə yetirəndir, çünki Parlament qarşısında məsuliyyətini konstitusiyaya müvafiq olaraq yeni seçilmiş Parlamentin ilk iclasında, 11 dekabrda götürdü.

Şərh yaz