Gürcüstan Xarici İşlər Nazirliyi - Qriqori Karasin ilə görüşü zamanı Zurab Abaşidze diqqəti Arçil Tatunaşvilinin və Qiqa Otxozoriyanın öldürülməsi faktına yetirdi
Gürcüstan Xarici İşlər Nazirliyi - Qriqori Karasin ilə görüşü zamanı Zurab Abaşidze diqqəti Arçil Tatunaşvilinin və Qiqa Otxozoriyanın öldürülməsi faktına yetirdi

Gürcüstan Xarici İşlər Nazirliyi Prağada, gürcü-rus qeyri-formal dialoqu çərçivəsində, mayın 24-də, Gürcüstanın baş nazirinin Rusiya Federasiyası ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, Zurab Abaşidze və  Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini, Qriqori Karasin arasında görüş barəsində rəsmi məlumat yayır.

İdarənin bəyanatında deyildiyi kimi, Prağa görüşünün gündəmində nəzərdə tutulmuş məsələlərdən tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələr, nəqliyyat əlaqələri, müəyyən humanitar məsələləri müzakirə etdilər. İfadə olundu ki, bu sahədə müsbət dinamika qeyd olunur.

“Baxmayaraq ki, format Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı məsələlərin müzakirəsini nəzərdə tutmur, Zurab Abaşidze Gürcüstanın iki vətəndaşı – Arçil Tatunaşvilinin və Qiqa Otxozoriyanın öldürülməsi faktına diqqət yetirdi. Qeyd olundu ki, gürcü tərəfi əlində olan bütün berketlərdən istifadə edəcək ki, cinayətkarlar cəzalandırılsınlar”, – Gürcüstan Xarici İşlər Nazirliyi bəyan edir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Prağada növbəti görüşün tarixi sonralar məlum olacaq.