Gürcüstan İsraili məğlubiyyətə uğratdı - 85-80

Gürcüstan yığması, Dünya Çempionatının kvalifikasiya turnirinin ikinci mərhələsinin birinci matçını İsraildə keçirdi.

Qarşılaşma gürcü basketbolçularının fəallığı ilə başladı və 1/4-ü 26-23 hesabı ilə qazandılar, ikincinin əvvəlində isə, üstünlüyü daha da artırdılar. Birinci taymı gürcü basketbolçuları 12 ballıq üstünlüklə – 37-49 hesabı ilə qazandılar.

Görüşün 3/4-də ev sahibləri fəallaşdılar və irəli çıxdılar – 57-55.

 

Ümumilikdə oyun 80-85 hesabı ilə başa çatdı və gürcü basketbolçuları Dünya Çempionatının kvalifikasiya turnirinin ikinci mərhələsinin birinci matçını qələbə ilə başa vurdular.

? საქართველომ ისრაელი დრამატულ შეხვედრაში დაამარცხა!?? ისრაელი 80:85 საქართველო ??

Posted by პირველი არხი • სპორტი on ხუთშაბათი, 13 სექტემბერი, 2018

Gürcüstan yığması “L” qrupda Almaniya, Estoniya, Yunanıstan, Serbiya və İsrail ilə yarışır. Əvvəlki kvalifikasiya mərhələsində artıq Almaniya və Serbiya ilə görüşdüyün görə, ikinci mərhələdə Gürcüstan onlarla artıq görüşməli olmayacaq. Hazırda Almaniya, Yunanısyan və Serbiyanın 12 xalı var, Gürcüstan və İsrailin 10, Estoniya 9. Qrupdan növbəti mərhələyə ilk üçlük çıxır.

Elə həmin qrupun görüşündə Almaniya Estoniyanı 86-43 hesabı ilə məğlubiyyətə uğratdı.

Yunanıstan və Serbiya arasında görüş 70-63 hesabı ilə başa çatdı.