Gürcüstan hökumətinin qərarı ilə, İrandan Gürcüstana və əksinə, fiziki şəxslərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan hökumətinin qərarı ilə, İrandan Gürcüstana və əksinə, fiziki şəxslərin hərəkəti məhdudlaşdırıldı

Yeni koronavirusun yayılmasının prevensiyası tədbirləri çərçivəsində, Gürcüstan hökumətinin qərarı ilə, İrandan Gürcüstana və əksinə, fiziki şəxslərin hərəkəti məhdudlaşdırıldı.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayır.

“Məlum olduğu kimi, Çin Xalq Respublikasında və dünya miqyası ilə koronavirusun yayılması günündən, Gürcüstanın baş nazirinin sərəncamı ilə, Səhiyyə nazirinin rəhbərlik etdiyi hökumətin idarələrarası qrupu yaradıldı. Qrup hərgünlük olaraq 24 saatlıq rejimdə virusun yayılması baxımından dünyada yaranan durumu müşahidə edir.

Bu baxımından, Gürcüstan hökuməti operativ addım atdı və virusun partlamasının ilkin mərhələsində Çin ilə birbaşa hava reyslərini dayandırdı.

Gürcüstan hökuməti Dünya Səhiyyə Təşkilatı və başqa beynəlxalq həmdostluq ölkələri ilə daimi əlaqədədir. Məlum olduğu kimi, Çindən sonra koronavirusun yayılmasının ən yüksək göstəricisi, İran İslam Respublikasında qeydə alındı. Gürcüstan hökumətinin qərarı ilə, İrandan Gürcüstana və əksinə, fiziki şəxslərin hərəkəti məhdudlaşdırıldı.

Bu mərhələdə İrandan Gürcüstana sərnişinlərin gətirilməsi qadağan olunur. Aviaşirkətlər Gürcüstana boş təyyarə ilə gələ bilərlər ki, buradan Gürcüstanda turist kimi olan İran vətəndaşlarını vətənə götürsünlər. Gürcüstan hökuməti artıq Gürcüstan vətəndaşlarına xəbərdarlıq verdi ki, İrana getməkdən tərəddüd etsinlər və artıq İranda olan Gürcüstan vətəndaşları isə, lazım olduğu təqdirdə Gürcüstan Səfirliyinə müraciət etsinlər (+989122997726 qaynar xətt nömrəsi)”, – bəyanatda deyilir.

İranda yeni koronavirus ilə həlak olanların sayı səkkiz insanı, yoxluxanların isə, 43 nəfəri təşkil edir.