Gürcüstan hökumətinin dörd üzvünün koronavirusa yoluxması təsdiqlənib
Gürcüstan hökumətinin dörd üzvünün koronavirusa yoluxması təsdiqlənib

 

Gürcüstan hökumətinin dörd üzvünün koronavirusa yoluxması təsdiqlənib. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına hökumət administrasiyasında təsdiqləyiblər.

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze, təhsil naziri Mixeil Çxenkeli, ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili və regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin koronavirusa yoluxması təsdiqlənib.

Adı çəkilən  nazirlər hökumətin bugünkü iclasında iştirak etmirlər.