Gürcüstan Hava Limanlarında son altı ay ərzində yolçu axını 18 faizlə artıb
Gürcüstan Hava Limanlarında son altı ay ərzində yolçu axını 18 faizlə artıb

Gürcüstanın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Vətəndaş Aviasiyası Agentliyinin göstəricilərinə əsasən, 2019-cu ildə Gürcüstanın hava limanları 2 489 823 yolçuya xidmət ediblər.

2018-ci ilin analoji dövrü ilə müqayisədə, yolçu axını 18.24% ilə (384 131 yolçu), 2017 ilin birinci və ikinci kvartalı ilə müqayisədə, 54.59% ilə (879 187 yolçu) artıb.

2019-cu ilin altı ayı ərzində, Gürcüstan hava limanlarında keçən ilin birinci kvartalındakindən 1 422 reys ilə artıq reyslər həyata keçirildi.

Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) göstəricilərinə əsasən, ikinci kvartalda Gürcüstan hava limanlarındaki uçuşlar, keçən ilin eyni dövrü ilə müqayisədə 8.1%-ilə artıb.