Gürcüstan-Ermənistan və Gürcüstan-Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddəti ilə dayandırılacaq
Gürcüstan-Ermənistan və Gürcüstan-Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddəti ilə dayandırılacaq

Gürcüstanın baş naziri Giorgi-Qaxaria azərbaycanlı və erməni həmkarları ilə telefonla söhbət etdi.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyanla və Azərbaycanın baş naziri Əli Əsədovla telefon söhbətindən sonra, birgə qərar verildi ki, 2020-ci ilin martın 14-dən, 10 gün müddəti ilə Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan arasında vətəndaşların gediş-gəlişi dayandırılacaq.

“Eyni zamanda, tərəflər razılaşdılar ki, öz vətənlərinə qayıtmaq istəyən vətəndaşların yolçuluğu üçün müvafiq şəraitlər yaradılacaq”, – deyilir Gürcüstanın baş nazirinin mətbuat xidmətinin bəyanatında.

Qeyd edilməlidir ki, məhdudiyyətlərin yük nəqliyyatına aidiyyatı yoxdur.