Gürcüstan-Ermənistan matçına İtaliyalı arbitrlər hakimlik edəcəklər
Gürcüstan-Ermənistan matçına İtaliyalı arbitrlər hakimlik edəcəklər

Millətlər Liqasının “C” diviziyonun, ikinci qrupunun, beşinci matçına, Gürcüstan və Ermənistan yığmalarının görüşünə, İtaliyalı hakimlər komandası xidmət edəcək, – məlumatı UEFA-nın rəsmi veb-səhifəsi yayır.

Görüşün baş arbitri 39 yaşlı Marko Qiudadır, ona Mateo Pesari və Serjio Ranqeti koməklik edəcək, dördüncü hakim isə, Rozario Abiso olacaq.

Marko Qiuda “A” seriyasında hakimliyə 2010-cu ildən başladı. O, FİFA-nın hakimi 2014-cü ildəndir və UEFA-nın birinci kateqoriyası arbitridir. Onun ilk əas beynəlxalq görüşü 2014-cü ilin 17 iyulunda baş tutdu. O, həmçinin Çinin Seuper Liqasının matçlarına dvət olunmuşdu.

Gürcüstan-Ermənistan matçı tamaşaçısız keçəcək. Matç 15 noyabrda, saat 21:00-da keçiriləcək – birbaşa telereportajını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.