Gürcüstan ərazisində havada insan sağlamlığı üçün təhlükəli olan bərk hissəciklərin artması tendensiyası müşahidə olunur

Son günlərin  göstəriciləri   bütün Gürcüstan ərazisində havada  insan sağlamlığı üçün təhlükəli olan bərk hissəciklərin  artması tendensiyasının müşahidə olunduğunu göstərir. Ətraf  Mühit Agentliyi demək olar ki, bütün böyük şəhərlərdə monitorinq  həyata keçirib. Lakin ən ağır vəziyyət Rustavidə müşahidə olunub.Havanın  çirklənməsi səbəbləri arasında sənayə müəssisələrinin fəaliyyəti,nəqliyyat vasitələrindən  atılan zərərli maddələr və toz kütlələri göstərilir. Narahatçılıq doğuran bu göstəricilər səbəbi  ilə ətraf mühit müdafiəçiləri hökuməti təcili ölçülər götürməyə səsləyir və müəssisələrin insan sağlamlığına  ciddi təsir göstərdiyini vurğulayırlar. Müəssisələrin bəzilərində pozuntular artıq aşkarlanıb. Moambe tərəfindən  hazırlanmış sujeti izləyək.