gürcüstan dörd ölkə ilə birlikdə, Avropa İttifaqı tərəfindən Krımın anaksiyasına görə tədbiq olunan sanksiyaların uzadılmasına qoşuldu
gürcüstan dörd ölkə ilə birlikdə, Avropa İttifaqı tərəfindən Krımın anaksiyasına görə tədbiq olunan sanksiyaların uzadılmasına qoşuldu

gürcüstan dörd ölkə ilə birlikdə, Avropa İttifaqı tərəfindən Krımın anaksiyasına görə tədbiq olunan sanksiyaların uzadılmasına qoşuldu. Bu barədə Avropa İttifaqı Şurasının rəsmi veb-səhifəsində yayılan bəyanatda deyilir.

Krım və Sevastopolun qanunsuz aneksiyasına görə tədbiq olunan sanksiyaların 2022-ci il 23 iyuna qədər uzadılması qərarını Avropa İttifaqı Şurası 21 iyunda qəbul etdi.

Qeyd olunan qərara Gürcüstan, Ukrayna, Norveç, Makedoniya və Albaniya qoşuldu.

“Bu ölkələr öz milli siyasət şurasında qeyd oluna qərara qarşı uyğunluğu təmin edirlər. Avropa İttifaqı bu öhdəliyi məlumat kimi qəbul edir və onu alqışlayır”, – bəyanatda deyilir.

Krım yarımadasının qanunsuz aneksiyasına görə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 2014-cü ildə tədbiq etdi.