Gürcüstan Birinci Kanalı yeni mövsümə başlayır
Gürcüstan Birinci Kanalı yeni mövsümə başlayır

Gürcüstan Birinci Kanalı yeniləşdirilmiş mövsümə hazırlaşır.

24 maydan koronavirus pandemiyasının üç aylığına təxirə saldığı miqyaslı layihə efirə çıxacaq. Hamı üçün sevimli olan “Masterşef” meqa-şousu efirə qayıdır. Gürcüstanda yeganə beynəlxalq kulinariya layihəsinin üçüncü mövsümünün iştirakçılarının seçilməsi başa çatıb.

“Nə, harada, nə zaman” verilişinin yay seriyaları başlayır. Ekrana Birinci Kanalın “İdeal Ana” verilişi qayıdır. “Voys” beynəlxalq nüfuzlu musiqi müsabiqəsinin lisenziyalaşdırılmış gürcü analoqu üçün hazırlıq işləri aparılır.

İnformasiya xidmətində yeniliklər var. Gələn bazar ertəsindən artıq yeni studiyadan işləyəcəyik. “Moambe” yeniləşdirilmiş format, maraqlı reportajlar və qonaqlar ilə.