Gürcüstan bir iyuldan Avropa İttifaqı ərazisinə vətəndaşları daxil ola biləcək ölkələr siyahısındadır
Gürcüstan bir iyuldan Avropa İttifaqı ərazisinə vətəndaşları daxil ola biləcək ölkələr siyahısındadır

Avropa İttifaqının üzv ölkələri səfirləri, Avropa İttifaqı ərazisinə bir iyildan vətəndaşlarının daxil ola biləcək ölkələrin siyahısı üzrə razılaşdılar. 14 ölkə arasında Gürcüstan da var. Yekun siyahı bazarertəsi, səs çoxluğu ilə təsdiq olunmalıdır.

Bu barədə məlumatı “Le Monde” Fransa nəşri yayır.

Qeyd olunan siyahıya ABŞ, Rusiya, İsrail, Türkiyə və Sədiyyə Ərəbistanı kimi ölkələr düşə bilmədilər.

Gürcüstandan başqa siyahıya Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Monteneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis düşüb.

Şərh yaz