Gürcüstan basketbol yığması bu gün Yunanıstan ilə qarşılaşacaq
Gürcüstan basketbol yığması bu gün Yunanıstan ilə qarşılaşacaq

Gürcüstan basketbol yığması bu gün Yunanıstan ilə qarşılaşacaq. Görüş Tbilisi İdman Sarayında keçiriləcək.

Gürcüstan yığması, 2019-cu il Dünya Çempionatının kvalifikasiya turnirinin ikinci mərhələsinin birinci matçını İsraildə keçirdi və 85:80 hesabı ilə qələbə qazandı.

İkinci turda Gürcüstan yığması Yunanıstanın güclü komandası ilə qarşılaşacaq. Matça qədər basketbolçular və baş məşqçi media üçün şərhlər verdilər.

İliya Zuros – Gürcüstan yığmasının baş məşqçisi: – “Yunanıstan yığmasının yüksək səviyyəli oyunçuları var və güclü komandadır. Bunun sübutu iki gün bundan əvvəl Serbiya ilə oyunudur. Halbuki bizim məqsədimiz qələbədir”.

Görüş bu gün Tbilisi İdman Sarayında keçiriləcək. Matçın birbaşa translasiyasını Birinci Kanal  saat 19:00-dan təqdim edəcək.

Şərh yaz