Gürcüstan Azərbaycandan 200 mln kubmetr həcmli üzdəniraq sosial qazını azaldılmış tariflə alacaq
Gürcüstan Azərbaycandan 200 mln kubmetr həcmli üzdəniraq sosial qazını azaldılmış tariflə alacaq

Gürcüstanın baş naziri, Giorgi Qaxariya “SOCAR” Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, Rövnəq Abdullayevlə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Gürcüstan-Azərbaycan arasında yaxşı qonşuluq və partnyorluğun müxtəlif istiqamətlərinə diqqət yetirildi.

“SOCAR” tərəfindən Gürcüstanda həyata keçirilmiş sərmayə layihələri və gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirildi.

Qeyd olundu ki, Gürcüstan korporosiyasının “SOCAR” ilə təbii qaz sahəsində uğurlu əməkdaşlıq əlaqələndirir. Bunun da daha bir nəticəsidir ki, ölkədə sosial qazının optimallaşdırılması baş verdi. Daha dəqiq olaraq, Gürcüstan Azərbaycandan 200 mln kubmetr həcmli üzdəniraq sosial qazını azaldılmış tariflə alacaq.

Sosial qaz ilə təmin edilmənin 2016-cı ilin müqaviləsinə dəyişikliklərə baş nazir ilə bu günki görüşdən sonra, Gürcüstan İqtisadiyyat naziri, Natiya Turnava, Neft və Qaz Korporasiyasının baş direktoru, Giorgi Baxtadze və “SOCAR” şirkətinin prezidenti, Rövnəq Abdullayev imzaladılar.

Qeyd olunan razılaşma nəticəsində, Gürcüstan hökuməti əhali üçün təbii qazın qiymətinin sabit olmasının uzun müddətli qoruyub saxlamağı bacaraq.

Bununla yanaşı, ölkə öz tələblərinin təmin olunması üçün Azərbaycan qazını güzəştli qiymətə ala biləcək.

Baş nazirlə görüşdə və razılaşmanın imzalama mərasimində Azərbaycanın Gürcüstandakı səfiri, Faiq Abdullayev, “SOCAR ENERGY GEORGIA”-nın baş direktoru, Mahir Məmmədov, SOCAR” Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi, Vafiq Əliyev iştirak edirdilər.