Gürcüstan-Azərbaycan sərhədinin demarkasiya komisiyasına Laşa Darsalia rəhbərlik edəcək
Gürcüstan-Azərbaycan sərhədinin demarkasiya komisiyasına Laşa Darsalia rəhbərlik edəcək

Gürcüstan iqtidarı Gürcüstan-Azərbaycan sərhədinin demarkasiya komisiyasını təsdiqlədi.

Komisiaya Xarici İşlər Nazirinin müavini Laşa Darsalia rəhbərlik edəcək.

Bu barədə jurnalistlərə Xarici İşlər Naziri Davit Zalkaniani xəbər verdi.

Onun dediyinə görə, komisiyanın ilk iclası növbəti həftə keçiriləcək.

“Çox əhəmiyyətli addım atılır və strateji partnyorumuzla sərhədin delimitasiya-demarkasiya məsələsi ilə bağlı danışıqlar aparırıq. Məlum olduğu kimi, bu çox sensitiv bir məsələdir və bütün emosiyalarımızı kənara qoyub, komisiyaya normal şəraitdə işləmək imkanı verək ki, hər iki tərəf üçün də məqbul olan bir qərar verilsin” – dedi Xarici İşlər Naziri David Zalkaniani.