Gürcüstan-Azərbaycan sərhəddinin  Laqodexi buraxılış məntəqəsində  hərəkət  müvəqqəti  məhdudlaşdırılıb
Gürcüstan-Azərbaycan sərhəddinin Laqodexi buraxılış məntəqəsində hərəkət müvəqqəti məhdudlaşdırılıb

Gürcüstan-Azərbaycan sərhəddinin Laqodexi buraxılış məntəqəsində bu gün səhər saatlarından etibarən vətəndaşların hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Sözü gedən ölçülər koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədardır.

Yeni növ koronavirus ilə əlaqədar olaraq yaranmış təhlükələr səbəbi ilə sərhədçilər yerindəcə sərnişinlərə izahat verirlər.

Buraxılış məntəqəsinə hüquq-mühafizəçilər də cəlb olunublar,onlar sərhəd perimetrinə nəzarət edir və sərnişinləri geri qaytarırlar.

Hökumətin qərarı ilə, Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan arasında gediş-gəlişə rəsmi razılaşma əsasında 10 gün qadağa qoyulub.Tərəflər arasındakı danışıqlar nəticəsində, qadağanın vətənlərinə geri qayıtmaq istəyənlərə və yük daşımalara şamil olunmaması qərarlaşdırılıb.

 

Müəllif –  Sevinc Mustafayeva