Gürcüstan Avropa Şurasının sədr ölkəsi 27 noyabrdan olacaq
Gürcüstan Avropa Şurasının sədr ölkəsi 27 noyabrdan olacaq

Gürcüstan 2019-cu il 27 noyabrdan 2020-ci il mayın 15-ə qədər Avropa Şurası Nazirlər Komitəsinin sədr ölkəsi olacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, sədrliyin təhvil verilməsinin rəsmi mərasimi Strasburqda, cari ilin noyabrın 27-də baş verəcək. Gürcüstan sədrliyi Fransadan iclasda təhvil alacaq.

Qeyd olunanla bağlı Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Strasburqa səfər edəcək.

Sabah Gürcüstan Xarici İşlər Nazirliyində mətbuat konfransı keçiriləcək.

Sədrliyin altı ay ərzində Gürcüstan, Avropa Şurası çərçivəsində 20-ə qədər tədbirə təşkilatçılıq etməli olacaq.

Şərh yaz