Gürcüstan ABŞ ilə birbaşa aviareyslər barəsində danışıqlara başlayır
Gürcüstan ABŞ ilə birbaşa aviareyslər barəsində danışıqlara başlayır

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava Nazirliyin nümayəndə heyəti ilə ABŞ yola düşdü. Burada iki aparıcı aviaşirkəti ilə danışıqlar olacaq.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, nazir “Delta Air Lines”-və “United airlines” şirkətinin nümayəndələri ilə görüşəcək və onlara Gürcüstan barəsində ətraflı təqdimatı təqdim edəcək.

ABŞ ilə birbaşa aviareyslər barəsində danışıqların başlanılması haqqında Natiya Turnava hələ cari ilin avqustunda bəyan etdi.

Səfərin təşkilində İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə birlikdə ABŞ-ın Gürcüstandakı Səfirliyi iştirak etdi.