Gürcü sülhməramlıları Əfqanıstanda köhnə yeni ili qeyd etdilər (video)

Gürcü sülhməramlıları Əfqanıstanda, Baqram aviasiya bazasında köhnə yeni ili konsert ilə qeyd etdilər.

Gürcüstan Silahlı Qüvvələrinin III piyada briqadasının 31-ci batalionunun şəxsi heyəti, tədbirə dəvət olunmuş qonaqları gürcü folklor mahnıları və rəqsləri ilə tanış etdilər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Gürcüstanın milli himni ilə başladı. Toplaşanlar bir dəqiqəlik sükutla Gürcüstanın birliyi uğrunda mübarizədə və beynəlxalq missiyalarda həlak olan hərbiçiləri yad etdilər.

Yeni il tədbiri mükafatlandırma mərasimi ilə davam etdi.

Müdafiə Nazirliyinin məlumatına görə, tədbirdə Gürcüstan Silahlı Qüvvələrinin hərbi nümayəndəsi, polkovnik Arçil Omiadze iştirak edirdi.