Gürcü sülhməramlıları Əfqanistandan vətənlərinə qayıtdılar
Gürcü sülhməramlıları Əfqanistandan vətənlərinə qayıtdılar

Gürcüstan Silahlı Qüvvələrinin ilk piyada briqadasının 12-ci batalyonu Əfqanistandaki “Güclü dəstək” missiyasını başa çatdırdı.

Müdafiyə Nazirliyinin məlumatına görə, vitse-polkovnik Giorgi Cinkaradzenin rəhbərlik etdiyi ilk yüzlük, Əfqanistan Gürcüstana qayıtdı.

Onları hava limanında Gürcüstanın Silahlı Qüvvələrinin rəhbər müavini – baş qərargahın rəhbəri və briqada generalı Coni Tatunaşvili qarşıladı.

“12-ci batalyon Əfqanistanın Bəhram bazasının təhlükəsizliyinin qorunmasını təmin edirdi. Batalyon tam tərkibi ilə vətənə qayıdacaq. İki həftəlik karantindən sonra, əsgərlər öz hərbi bölmələrinə qayıdacaqlar. “Güclü dəstək” missiyasında isə, 12-ci batalyonu, 13-cü batalyon əvəz edəcək” – deyilir Müdafiyə Nazirliyinin bəyanatında.