Gürcü Müsəlmanları İttifaqının sədri, Tariyel Nakaidzeni "Avropa Gürcüstanının" majoritarlığa namizəd olaraq təqdim etməsi mümkündür
Gürcü Müsəlmanları İttifaqının sədri, Tariyel Nakaidzeni "Avropa Gürcüstanının" majoritarlığa namizəd olaraq təqdim etməsi mümkündür

Gürcü Müsəlmanları İttifaqının sədri, Tariyel Nakaidzenin “Avropa Gürcüstanının” sıralarına üzv olması mümkündür. Bu barədə yayılan məlumatı bu gün Batumidə partiyanın liderlərin biri, Qiqi Uqulava təsdiq etdi. Uqulava bəyan edir ki, Nakaidze və onların baxışları üst-üstə gəlir.

“O, kifayət qədər nüfuzlu şəxsiyyətdir. Əsas odur ki, baxışlarımız üst-üstə gəlir, özəlliklə də dini azadlıq baxımından”, – Uqulava bəyan etdi.

Nakaidzeni yayılan məlumata görə, Xulo-Şuaxevi-Keda majoritarlığına namizəd olaraq təqdim edəcəklər.

Tariyel Nakaidze isə, Gürcüstanın Birinci Kanalına bəyan etdi ki, yekun qərarı hələlik qəbul etməyib.