Gürcü dilində Litvanın avtentik adı - Lietuva olacaq
Gürcü dilində Litvanın avtentik adı - Lietuva olacaq

Bugündən etibarən, Gürcü dilində Litvanın avtentik adı – Lietuva (Lietuva) olacaq.

Bununla bağlı rekomendasiyayı dövlət dili departamentinin mütəxəssislər komisiyası mayın 11-də verdi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan qərar Litvaya cavab olaraq, dostluq jestidir. Mayın 3-də Litva dilinin dövlət komissiyası tərəfindən, Litva dilində Gürcüstanın avtentik adının tətbiq edilməsi müzakirə edildi.

“Necə Litvanın, eləcədə, Gürcüstanın qərarları simvolikdir, çünki bu il Litva öz dövlətçiliyinin bərpasının 100 illiyini qeyd etdi, Gürcüstan isə, may ayında İlk Demokratik Respublikanın əsasının qoyulmasını qeyd edəcək” – deyirlər Gürcüstanın Xarici İşlər İdarəsində.

Xatırladaq ki, Litva dilinin dövlət komissiyası mayın 3-də Litva dilində Gürcüstanın avtentik adının təsdiqlənməsi haqqında qərar verdi.

Litva dilində indiyə qədər mövcud olan, Gürcüstanı adlandırmaq üçün istifadə edilən adlardan biri Sakartvelas olacaq.

Mayın 7-də Litvada Gürcüstan səfirliyinin köhnə yazısı (GRUZIJOS AMBASADA) – SAKARTVELO AMBASADA ilə əvəz ediləcək.