Gürcü dili və ədəbiyyatı üzrə abituriyentlərin nəticələri dərc edilib
Gürcü dili və ədəbiyyatı üzrə abituriyentlərin nəticələri dərc edilib

 

Vahid Milli İmtahanların ilkin nəticələrinin elanı gürcü dili və ədəbiyyatı imtahanının nəticələrinin dərc edilməsi ilə başladı. Abiturientlər nəticələri həm veb sayt, həm də qısa mətn bildirişi vasitəsilə öyrənə biləcəklər. Bunun üçün abituriyent mobil telefondan (Magti, Geocell) 93333 nömrəsinə öz imtahan identifikasiya nömrəsini göndərməlidir.

Bütün fənlərin ilkin nəticələrinin dərcindən sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılacaq. Müraciətlər yalnız elektron qaydada qəbul ediləcək və abituriyentlər həm bir, həm də bir neçə tapşırığı, eləcə də bütün mətni şikayət edə biləcəklər.

Əlavə imtahan sessiyaları avqustun 2 -də başa çatır. Xatırladaq ki, koronavirusa yoluxması təsdiqlənən və buna görə də imtahanda iştirak edə bilməyən imtahan verənlər üçün əlavə sessiyalar təyin olunmuşdu. Aşağıdakı fənlər üzrə əlavə sessiyalar keçirildi – gürcü dili və ədəbiyyatı, riyaziyyat, xarici dillər, kimya, fizika, ümumi qabiliyyət, coğrafiya, təsviri və tətbiqi incəsənət, biologiya və ədəbiyyat.

Qiymətləndirmə və İmtahan Milli Mərkəzi abituriyentlərə bir daha xatırladır ki, onlar, qeydiyyat müraciətində təhsil proqramlarını göstərə və dəyişdirə bilmək imkanına , apellyasiya nəticələrinin dərc edilməsindən növbəti gün də daxil olmaqla malik olacaqlar.

Vahid Milli İmtahanlar iyulun 1-də gürcü dili və ədəbiyyatı imtahanı ilə başladı. 2021 -ci ildə Vahid Milli İmtahanlar üçün 38.400 -dən çox abituriyent qeydiyyatdan keçdi.