"Gürcü Arzusunun" prezidentliyə hansı müstəqil namizədi dəstəkləyəcəyi bu gün müəyyənləşdiriləcək
"Gürcü Arzusunun" prezidentliyə hansı müstəqil namizədi dəstəkləyəcəyi bu gün müəyyənləşdiriləcək

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi şurası iclası bu gün keçiriləcək.

Birinci Kanalın məlumatına görə, iclas saat 17:00 üçün təyin edilib.

Siyasi şura iclasında “Gürcü Arzusunun” prezidentliyə hansı müstəqil namizədi dəstəkləyəcəyini müzakirə edəcəklər.

Mərkəzi Seçki Komissiyasına 46 ərizə daxil olub. Prezidentliyə namizədi 26 təşəbbüs qrupu və 20 partiya təqdim edib.

MSK-da açıqladıqları kimi, bu gündən 10 gün ərzində namizəd kimi qeydiyyatdan keçmək arzusunda olanlar seçki administrasiyasına tərəfdarlarının imzalarını təqdim etməlidirlər. Bunun da son müddəti 18 sentyabrdır. Qeydiyyat isə, sentyabrın 28-də başa çatır.

Prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.