"Gürcü Arzusunun" mərkəzi seçki qərargahına İrakli Kobaxidze rəhbərlik edəcək, Tbilisidə isə -Kaxa kaladze
"Gürcü Arzusunun" mərkəzi seçki qərargahına İrakli Kobaxidze rəhbərlik edəcək, Tbilisidə isə -Kaxa kaladze

Gürcüstan prezidenti seçkilərinin ikinci turu üçün, “Gürcü Arzusunun” mərkəzi seçki qərargahına İrakli Kobaxidze, Tbilisi qərargahına isə -Kaxa Kaladze rəhbərlik edəcək.

“Gürcü Arzusunda” bəyan etdiklərinə görə, qərarı partiyanın rəhbərliyi qəbul etdi.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçirildi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 3705 seçki məntəqəsinin göstəricilərinə əsasən prezident seçkilərində Salome Zurabişvili 615 433 (38.64%) səs, Qriqol Vaşadze isə, 600 970 (37.74%) səs topladı. Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilməlidir.

Seçkilərin ikinci turunu Mərkəzi Seçki Komissiyası, müvafiq sərəncam əsasında təyin edir. Seçkilərin ikinci turu, birinci turun nəticələrinin rəsmi bəyan edilməsindən, iki həftən sonra keçirilir. İkinci turda qalib ən çox səs toplayan bəyan ediləcək.