"Gürcü Arzusunun" liderləri bu gün Kexetidə seçicilərələ görüşəcəklər və majoritar deputatlığa namizədləri təqdim edəcəklər
"Gürcü Arzusunun" liderləri bu gün Kexetidə seçicilərələ görüşəcəklər və majoritar deputatlığa namizədləri təqdim edəcəklər

“Gürcü Arzusu – Demokratik Gürcüstan” siyasi birləşməsinin liderləri bu gün Kexetidə seçicilərələ görüşəcəklər və majoritar deputatlığa namizədlərini təqdim edəcəklər.

Partiyanın mətbuat xidmətindən bəyan etdiklərinə görə, ilk görüş bu gün saat 11:00-da keçiriləcək.

Hakim partiya Telavi əhalisinə majoritar deputatlığa namizədi, İrakli Kadaqişvilini təqdim edəcək. Təqdimatda Kaxa Kaladze, Giorgi Qaxariya, İrakli Ğaribaşvili və başqa liderlər iştirak edəcəklər.

Elə bu gün, saat 14:00-da “Gürcü Arzusu – Demokratik Gürcüstan” siyasi birləşməsinin liderləri majoritar deputatlığa namizəd ilə birlikdə Axmeta əhalisi ilə görüşəcəklər.