"Gürcü Arzusu" prezidentlik seçkilərində Salome Zurabişvilinin dəstəyi ilə əlaqədar rəsmi olaraq bu gün bəyanat verəcək
"Gürcü Arzusu" prezidentlik seçkilərində Salome Zurabişvilinin dəstəyi ilə əlaqədar rəsmi olaraq bu gün bəyanat verəcək

“Gürcü Arzusu” prezidentlik seçkilərində Salome Zurabişvilinin dəstəyi ilə əlaqədar rəsmi olaraq bu gün bəyanat verəcək.

Birinci Kanalın məlumatına əsasən, “Gürcü Arzusunun” rəhbərliyi artıq qərar verib ki, idarəçi komanda seçkilərdə öz namizədini təqdim etməyəcək və Salome Zurabişviliyə dəstək olacaq.

 

Mövcud məlumata əsasən, “Gürcü Arzusunun” qərarı haqda Salome Zurabişvili məlumatlandırılıb və o prezidentlik seçkilərində iştirak etmə barəsində bəyanatı bu gün 17:00 – da edəcək. “Gürcü Arzusunun” mərkəzi ofisində isə, çoxluğun, siyasi şuranın üzvləri və hökümət nümayəndələrinin görüşü 16:00-da baş tutacaq.

Gürcüstanda prezidentlik seçkiləri 28 oktyabrda keçiriləcək.

 

Şərh yaz