"Gürcü Arzusu" prezident seçkilərində Salome Zurabişvilini dəstəkləyəcək
"Gürcü Arzusu" prezident seçkilərində Salome Zurabişvilini dəstəkləyəcək

“Gürcü Arzusu” prezident seçkilərində Salome Zurabişvilini dəstəkləyəcək. Bu barədə siyasi şuranın iclasından sonra Parlamentin sədri, İrakli Kobaxidze bəyan etdi.

“Salome Zurabişvilinin böyük siyasi və diplomatik təcrübəsi var. Onun, Gürcüstan tarixində ilk partiyasız prezident olmağa imkanı var. Salome Zurabişvili bizim konstitusiya sistemində yeni ənənə tədbiq edə bilər. Gürcü xalqını prezident seçkilərində xanım Salome Zurabişvilinin namizədliyini dəstəkləməyə doğru çağırıram”, – İrakli Kobaxidze bəyan etdi.

Mərkəzi Seçki Komissiyasına 46 ərizə daxil olub. Prezidentliyə namizədi 26 təşəbbüs qrupu və 20 partiya təqdim edib.

MSK-da açıqladıqları kimi, bu gündən 10 gün ərzində namizəd kimi qeydiyyatdan keçmək arzusunda olanlar seçki administrasiyasına tərəfdarlarının imzalarını təqdim etməlidirlər. Bunun da son müddəti 18 sentyabrdır. Qeydiyyat isə, sentyabrın 28-də başa çatır.

Prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.