"Gürcü Arzusu" partiyası qurultayı bu gün keçirəcək
"Gürcü Arzusu" partiyası qurultayı bu gün keçirəcək

“Gürcü Arzusu – Demokratik Gürcüstan” siyasi birləşmənin beşinci qurultayı bu gün keçiriləcək.

Qurultayda partiyanın sədri olaraq Bidzina İvanişvilini seçəcəklər. Həmçinin partiyanın yeni siyasi şurası seçiləcək.

Qurultay işçi formatda keçiriləcək və siyasi komandanın üzvləri iştirak edəcəklər.

Saat 16:00-da qapalı formatda prosedur, saat 17:00-dan isə qurultayın rəsmi hissəsinin translasiyası başlayacaq.

Qurultayın üzvlərinə və dəvət olunan qonaqlara baş nazir Giorgi Kvirikaşvili və Tbilisi meri, Kaxa Kaladze müraciət edəcəklər.

Qurultayın sonunda isə Bidzina İvanişvili nitqlə çıxış edəcək. Qurultay Mtasminda Parkında, “Andervildə” keçiriləcək.

Kaxa Kaladze “Gürcü Arzusunun” siyasi şurasının yeni tərkibini açıqladı.

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi şurasının yeni tərkibinə qarşıdakı namizədlər təqdim olunacaqlar:

Bidzina İvanişvili, Giorgi Kvirikaşvili, İrakli Kobaxidze, Tamar Çuqoşvili, Giorgi Volski, İliya Nakaşidze, Arçil Talakvadze, Mamuka Mdinaradze, Dimitri Samxaradze, Bidzina Qeqidze, İrakli Tripolski, Maya Tskitişvili, Sozar Subari, David Saqanelidze və Kaxa kaladze.