"Gürcü Arzusu" ofisi qarşısında qarşıdurma faktı üzrə DİN istintaqı zoraklıq maddəsi ilə başladı
"Gürcü Arzusu" ofisi qarşısında qarşıdurma faktı üzrə DİN istintaqı zoraklıq maddəsi ilə başladı

“Gürcü Arzusu” partiyasının mərkəzi ofisi qarşısında qarşıdurma faktı üzrə Daxili İşlər Nazirliyi istintaqı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı, zoraklıq maddəsi ilə başladı. Bu barədə Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bəyan etdilər.

Bununla yanaşı, idarənin məlumatına görə, heç kim yaxalanmayıb.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisi qarşısında “Şetsvale” və “Sirtsxvilia” hərəkatının fəalları dünən axşam toplaşdılar. Onlar dünən Msxetada baş verən insidentə etiraz edirdilər ki, həmin vaxt bir neçə nəfər xəsarət aldı və aksiyanın bir neçə iştirakçısı yaxalandı..