"Gürcü Arzusu" Gürcüstan miqyası ilə majoritar deputatlığa namizədləri bu gün təqdim edəcək
"Gürcü Arzusu" Gürcüstan miqyası ilə majoritar deputatlığa namizədləri bu gün təqdim edəcək

“Gürcü Arzusu-Demokratik Gürcüstan” siyasi birləşməsi 2020-ci il Parlament seçkiləri kampaniyasına başlayır.

Partiya Gürcüstan miqyası ilə majoritar deputatlığa namizədləri bu gün təqdim edəcək.

İrakli Kobaxidzenin məlumatına görə, təqdimat prosesində hakim partiyanın sədri, Bidzina İvanişvili və partiyanın rəhbər şəxsləri tam tərkibi ilə iştirak edəcəklər.

Elə onun bəyan etdiyinə görə, siyahıda komandanın köhnə, təcrübəli, eləcə də yeni simaları təqdim olunacaq.

“Gürcü Arzusunun” partiya siyahısına gəldikdə, güman edildiyinə görə, onun tərkibi sentyabr üçün məlum olacaq.

Şərh yaz