"Gürcü Arzusu" baş nazir vəzifəsinə Giorgi Qaxariyanı, Parlament sədri vəzifəsinə isə, Arçil Talakvadzeni təqdim etdi
"Gürcü Arzusu" baş nazir vəzifəsinə Giorgi Qaxariyanı, Parlament sədri vəzifəsinə isə, Arçil Talakvadzeni təqdim etdi

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası baş nazir vəzifəsinə Giorgi Qaxariyanı, Parlament sədri vəzifəsinə isə, Arçil Talakvadzeni təqdim etdi.  Bu barədə seçki siyahısının ilk iyirimiliyinin təqdimatı zamanı bəlli oldu.

Bununla yanaşı, isyasi birləşmənin seçki siyahısının birinci nömrəsi Giorgi Qaxariyadır, ikinci nömrə isə, Arçil Talakvadze.

Xatırladaq ki, “Gürcü Arzusu” majoritar deputatlığa namizədlərini hər 30 dairədə təqdim etdi.

Gürcüstanda Parlament seçkiləri 2020-ci il 31 oktyabrda keçiriləcək.