"Gürcü Arzusu" baş nazir namizədliyinə Giorgi Qaxariyanı təqdim etdi
"Gürcü Arzusu" baş nazir namizədliyinə Giorgi Qaxariyanı təqdim etdi

“Gürcü Arzusu” baş nazir namizədliyinə Giorgi Qaxariyanı təqdim etdi. Bu barədə “Gürcü Arzusunun” mərkəzi ofisində, partiyanın siyasi şurası və çoxluğun iclasından sonra, Bidzina İvanişvili bəyan etdi.

Giorgi Qaxariya “Gürcü Arzusu” hökumətində 2017-ci ilin noyabrın 13-dən Daxili İşlər naziri və baş nazir müavini vəzifəsini tutur. O, həmçinin milli təhlükəsizlik şurasının üzvüdür.

Mamuka Baxtadze dünən yayılan bəyanatında qeyd edir ki, baş nazir vəzifəsini nəyə görə tərk edir. Mamuka Baxtadze yazır ki, onun fikirincə, missiya bu mərhələ üçün yerinə yetirilib.

“Mənim üçün böyük şərəf və eyni zamanda böyük məsuliyyət idi ki, Gürcüstanın baş naziri vəzifəsində ölkəmizin maraqlarının qorunmasına xidmət edəydim. Mən “Gürcü Arzusunun” üzvü idim və varam”, – Mamuka Baxtadzenin bəyanatında deyilir.

Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibinə Parlament tərəfindən etimadın bəyan edilməsi lazım gələcək. Konstitusiyanı nəzərə alaraq, Parlament hökumətin səlahiyyətinin dayandırılmasından iki həftə ərzində, çoxluq tərəfindən təqdim olunmuş baş nazir və onun tərəfindən təqdim olunmuş hökumətə etimad bəyan edir. Konstitusiya ilə, hökumət tərkibi ilə birlikdə Parlamentə hökumət proqramı təqdim olunmalıdır. Nazirlər kabinetinə isə, etimadın alınması üçün Parlamentin tam tərkibinin çoxluğunun dəstəyi lazımdır. Konstitusiya uyğun olaraq, baş nazirin səlahiyyətləri istefa verən kimi dayandırılır, halbuki hökumət vəzifəsinin yerinə yetirilməsini yeni baş nazirin təyin edilməsinə qədər davam etdirir.