"Gürcü Arzusu" Avropa Parlamentinə Qiqi Uqulavanın işinin öyrənilməsi üçün Gürcüstana missiyanın göndərilməsini təklif edir
"Gürcü Arzusu" Avropa Parlamentinə Qiqi Uqulavanın işinin öyrənilməsi üçün Gürcüstana missiyanın göndərilməsini təklif edir

“Gürcü Arzusu” Avropa Parlamentinə “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Qiqi Uqulavanın işinin öyrənilməsi üçün Gürcüstana missiyanın göndərilməsini təklif edir.

Bu barədə “tvitter” sosial şəbəkəsində “”Gürcü Arzusunun” baş katibi, Tbilisi meri, Kaxa Kaladze yazır. O, partiyanın icra katibi, deputat İrakli Kobaxidze ilə birlikdə Strasburqdadır.

“Əsas siyasi qrupların üzvləri olan avroparlamentarlarına Uqulavanın işi barəsində məlumatın ötürülməsindən başqa, biz onlara Gürcüstana missiyanın göndərilməsini təklif etdik”, – Kaxa Kaladze yazır.

İrakli Kobaxidze və Kaxa Kaladze Strasburqda Avropa Parlamenti üzvləri ilə görüşlər keçirirlər.