Gürcü alimləri müqəddəs torpaqda Gürcüstanın tarixi izini öyrənməyə başlayırlar
Gürcü alimləri müqəddəs torpaqda Gürcüstanın tarixi izini öyrənməyə başlayırlar

Gürcü alimləri müqəddəs torpaqda Gürcüstanın tarixi izinin öyrənilməsinə başlayırlar, – bu barədə İsraildə Gürcüstan səfirliyi tərəfindən yayılan bəyanatda deyilir.

Bəyanatda deyilir ki, İsrail torpağında qədim gürcü izinin axtarılmasının və tədqiqatının tarixində 2019-cu ilin yeni dirçəlişin başlanğıcıdır.

“Gürcü alimlərinə imkan verildi ki, müqəddəs torpaqda əjdadlarının izini axtarsınlar. Gürcüstan səfirliyinin bilavasitə dəstəyi ilə gürcü arxeoloqları ilk dəfə, İsrailin qədimliynin qorunması təşkilatı ilə bərabər tarixi yerlərə getdilər.

Tarixi abidələrin öyrənilməsi üçün, ev sahibi olan tərəf birgə ekspedisiyanın təşkil edilməsi üçün razılıq və dəstək verdi” – deyilir səfirliyin bəyanatında.

Səfirlik İsraildəki gürcü kilsələri barədə qısa məlumat da yayır.