Quriyada koronavirusun 87 halı qeydə alındı
Quriyada koronavirusun 87 halı qeydə alındı

Koronavirusun 3 128 yeni halından 87 halı Quriyada aşkar edildi.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya bölməsinin məlumatına görə, epid-araşdırma və kontakların müəyyənləşdirilməsi aparılır.

“Epid-araşdırma və kontakların müəyyənləşdirilməsi aparılır. Şübhəli pasiyentlərin “PCR” testləşdirilməsi davam edir. Onların sayının artması mümkündür”, – Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya şöbəsində bəyan edirlər.