Gürcüstan prezidenti Polşa Senatının marşalı ilə görüşdü
Gürcüstan prezidenti Polşa Senatının marşalı ilə görüşdü

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Polşaya rəsmi səfər çərçivəsində Polşa senatının marşalı Stanislav Karçevski ilə görüşüb. Gürcüstan prezidenti adminidstrasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, əsasən müzakirə olunacaq mövzular arasında Polşa tərəfindən Gürcüstanın Avropaya inteqrasiya prosesinin dəstəklənməsi, işğal olunmuş ərazilərdə yaranmış vəziyyət və parlament əlaqələrinin dərinləşdirilməsi olub.

Görüş zamanı Avropa Şurası Parlament Assambleyası, NATO və ATƏT Parlament Assambleyaları kimi çoxtərəfli parlament formatlarında əməkdaşlığın əhəmiyyəti xüsusilə qeyd edildi.  Tərəflər eləcə də Şərq partnyorluğu və NATO sammitlərinin hazırlıq işləri barədə söhbət aparıblar.

Söhbər zamanı Gürcüstanın işğal olunmuş ərazilərində yaranmış vəziyyətə və Rusiyanın  təcavüzkar hərəkətlərinə toxunulmuşdur.