Gürcüstan nümayəndə heyyəti Ukrayna Ali Radasının sədri ilə görüşdü
Gürcüstan nümayəndə heyyəti Ukrayna Ali Radasının sədri ilə görüşdü

Gürcüstan parlamentinin Ukrayna ilə dostluq qrupunun nümayəndə heyyəti, noyabrın 9-da, Ukrayna Ali Radasının sədri, Andriy Parubiy ilə görüşdü, – bu haqqda məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.

Görüşdə Ukrayna ilə dostluq qrupunun rəhbəri, vitse-spiker Serqi Kapanadze, deputatlar Kaxaber Kuçava, İrina Pruidze, Gela Samxarauli, Davit Matikaşvili və Qoqi Meşveliani iştirak edirdilər. Həmçinin Gürcüstanın Ukraynadakı səfiri, Gela Dumbadze də görüşdə idi.

Andriy Parubiy qaonaqları Ukraynada pensiya, təhsil, səhiyyə, məhkəmə sahəsində həyata keçirilən qanunvericilik islahatları ilə tanış etdi.
“Müharibəyə baxmayaraq, parlament işləyir, qanunlar təkmilləşdirilir, biz avrointeqrasiya yolundan dönməyəcəyik”,- Ukrayna Ali Radasının sədri bəyan etdi.
Tərəflər Gürcüstan parlamentinin  sədri, İrakli Kobaxidzenin Kiyevə, 2018-ci il 17-19 yanvarda planlaşdırılmış səfərini də müzakirə etdilər.
Şərh yaz