Tbilisidə, Quramişvili prospektində partlayış baş verdi, xəsarət alanlar var [Foto]
Tbilisidə, Quramişvili prospektində partlayış baş verdi, xəsarət alanlar var [Foto]

Tbilisidə, Quramişvili prospektində partlayış baş verdi.

Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, partlayış nəticəsində dörd nəfər yaralanıb.

Ehtimala görə, partlayışın səbəbi təbii qazın sızması olub.

Hadisə yerində xilas edicilər və polis səfərbər olunublar.

Partlayış nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir. Bu barədə məlumat Birinci Kanala Səhiyyə Nazirliyindən verildi.

“Birinci Universitet klinikasına üç pasient gətirilib – iki qadın və bir kişi. Kişiyi Xeçinaşvili klinikasına keçirdilər, bir qadını isə, “Hera” klinikasına. Səkkizinci xəstəxanaya aparılan iki pasient isə, artıq evinə göndərilib” – deyilir Səhiyyə Nazirliyinin məlumatında.

Həkimlərin məlumatına görə, 39 yaşlı kişinin vəziyyəti çox ağırdır. Onun bədəninin 60% yanıb. Qonşuların dediyinə görə, partlayış onun binasında baş verib.

İlkin məlumata görə, partlayış kustar şəkildə montaj edilən isidicidən təbii qazın sızmasına görə baş verib.

Partlayış nəticəsində, binanın dördüncü mərtəbəsi partlayıb.

Hadisə yerinə gələn xilas edicilər bina sakinlərini evakuasiya etdilər.