"QumatHES"-in ərazisində çıxan yanğın lokalizasiya edilib
"QumatHES"-in ərazisində çıxan yanğın lokalizasiya edilib

Tsxaltubo munisipalitetinin “QumateHES-2” ərazisində baş verən partlayış nəticəsində yaranan yanğın artıq lokalizasiya edilib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, yanğının yayılma təhlükəsi yoxdur və yaxınlıqda yaşayan əhali üçün də təhlükə görünmür.

Əraziyə yanğın söndürən briqadalar və Daxili İşlər Nazirliyinin əməkdaşları nəzarət edirlər.