Güclü yağışa görə, Fövqəladə Hallar xidmətinə 153 zəng daxil oldu
Güclü yağışa görə, Fövqəladə Hallar xidmətinə 153 zəng daxil oldu

Tbilisidə yağan güclü yağış nəticəsində, gecə saat 01:00-da Fövqəladə Hallar xidmətinə 153 zəng daxil oldu, – bu barədə məlumatı Fövqəladə Hallar Xidməti yayır.

Xidmətin dediyinə görə, daxil olan zənglərin yarısı fiktiv idi.

Son məlumata görə, güclü yağış Qldani və Giorgitsminda kəndini birləşdirən yola zərər verib.

Varketili ərazisində yıxılan ağac isə, yol hərəkətinin dayanmasına səbəb oldu.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, təbii fəlakət zamanı zərər görən insanlar haqqında məlumat daxil edilməyib.