Ğuduşauri klinikasında təsdiqləyirlər ki, işğal altında olan Sxinvalidən "Qırmızı xaç" vasitəsi ilə, pasient gətirildi
Ğuduşauri klinikasında təsdiqləyirlər ki, işğal altında olan Sxinvalidən "Qırmızı xaç" vasitəsi ilə, pasient gətirildi

Ğuduşauri klinikasında təsdiqləyirlər ki, iyunun 7-də, işğal altında olan Sxinvalidən “Qırmızı xaç” vasitəsi ilə, pasient gətirildi, – bu barədə məlumatı Birinci Kanala klinikanın direktor müavini Marina Gelantia verdi.

Pasientin kimliyini klinikada açıqlamırlar.

“İlk növbədə o pasientdir və ona tibbi yardım edildikdən sonra kimliyi identifikasiya ediləcək” – dedi Marina Gelantia.

Marina Gelantianın dediyinə görə, klinikaya hüquqmühafizəçilər gəlməyiblər.

“İyunun 7-də səhərə yaxın klinikaya beyin travması keçirən bir pasient gətirildi, görünüşə görə, o avtoqəzaya uğramışdı. Hal-hazırda pasientin vəziyyəti ağırdır və reanimasiya bölməsindədir. Onu buraya “Qırmızı xaç” təşkilatı gətirdi” – dedi Marina Gelantia.

Sosiyal şəbəkədə yayılan məlumata görə, Ğuduşauriyə Sxinvalidən gətirilən pasient Filip Xaçirovun  şəxsi mühafizə xidmətinin rəhbəri Aslan Cioyevdir. Qeyd edək ki, Filip Xaçirov Arçil Tatunaşvilinin öldürülməsi faktındaki baş fiqurantlardan biri olan Ludviq Xaçirovun qardaşıdır.