Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır

Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv qara görə, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə azaddır.

“Mleta-Kobi hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti dayanmadan hərəkət etmə rejimində, Qudauri-Kobi hissəsində isə yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək.

Elə həmin yolun km134-km135 (Dariali Dərəsi) hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti zamanı onların dayandırılması qadağan olunur”, – Avtomobil Yolları Departamenti tərəfindən yayılan məlumatda deyilir.