Qudauri-Kobi avtomobil yolu hissəsində hər növ avto nəqliyyat vasitəsinin hərəkəti qadağan olundu
Qudauri-Kobi avtomobil yolu hissəsində hər növ avto nəqliyyat vasitəsinin hərəkəti qadağan olundu

Avtomobil Yolları Departamentinin, Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqununa görə, hər növ avto nəqliyyat vasitəsinin hərəkəti qadağandır.

İdarənin məlumatına görə, həmin yolun km134-km135 (Dariali Dərəsi) hissəsində avto nəqliyyat vasitəsinin hərəkəti zamanı onların dayandırılması qadağan olunur.